“Araz-Naxçıvan” bu gün qış təlim-məşq toplanışı çərçivəsində “Sumqayıt”la yoldaşlıq görüşü keçirib.
Futbolpress.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matç 2:2 hesabı ilə yekunlaşıb. Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra klubun saytına açıqlama verib:
“Bizim üçün faydalı oyun oldu. Çalışdıq hər kəs eyni yüklənməni qəbul etsin. Ona görə də düşərgəmizdə olan futbolçuların hamısına şans verdik”.
Qeyd edək ki, “Araz-Naxçıvan” mövsümün ilk yarısından sonra Azərbaycan Premyer Liqasının turnir cədvəlində 39 xalla 2-ci pillədə qərarlaşıb.