Elmar Baxşıyev: “Daha yaxşı olmağa cəhd etməliyik”

Azərbaycan Premyer Liqasının XXIV turunun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Hər iki komanda yaxşı mübarizə apardı. Meydançada hər zonada əzmkarlıq var idi. Neçənci oyundur, epizodlar yaxalasaq da, dəyərləndieə bilmirik və adi qollar buraxırıq. Dəyişəsi çox şey var, həm də bu komandanın özəyini saxlamaq lazımdır.

– Rəqibdə ciddi istək hiss olunmurdu. Amma siz daha həvəsli idiniz qələbəyə. Buna baxmayaraq, sanki komandanız çox güc sərf etmirdi…

– Rəqib də istəkli idi. Epizodları dəyərləndirə bilməmək ayrı mövzudur. Bəzi epizodlarda soyuqqanlılıq, dəqiqlik lazım olur. Düşünürəm ki, Premyer Liqada yeni komandayıq və daha yaxşı olmağa cəhd etməliyik.

Şahin Cəfərov