Azərbaycanlı FIFA referisi UEFA Millətlər Liqasının VI turunda keçirilən Bosniya və Herseqovina – Niderland oyununu idarə edib.
Futbolpress.az xəbər verir ki, matç bərabərliklə başa çatıb – 1:1.
Ağayev bu görüşdə bir sarı vərəqə göstərib. O, meydan sahiblərinin oyunçusu Ermedin Demiroviçi cəzalandırıb.
Niderland qrupu 9 xalla ikinci sırada bitirib. Bosniya isə 2 xalla sonuncu olub.