Əliyar Ağayev I Liqa oyununu idarə edəcək

I Liqada XXVI turun bu gün keçiriləcək 2 oyunu üçün təyinatlar açıqlanıb.

Futbolpress.az xəbər verir ki, çempionun böyük ölçüdə müəyyənləşəcəyi “Qaradağ Lökbatan” – “Şamaxı” oyunu FIFA referisi Əliyar Ağayevə tapşırılıb.

I Liqa, XXVI tur

16 may (cümə axşamı)

“Qaradağ Lökbatan” – “Şamaxı”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
VAR: Elçin Məsiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Lökbatan OİK stadionu, 17:00 (canlı // CBC Sport)

“Araz Saatlı” – “İmişli”
Hakimlər: Əli Əliyev, Şirmamed Mamedov, Aydın Baxşıyev, Əkbər Əhmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Azər Əsgərov
Saatlı OİK stadionu, 17:00 (canlı // pfl.az)