Əliyar Ağayev Cenevrəyə gedəcək

Sentyabrın 2-dən 4-dək İsveçrənin Cenevrə şəhərində Elit kateqoriyalı və 1-ci dərəcəli hakimlər üçün UEFA-nın seminarı keçiriləcək.
Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Tədbirdə Azərbaycanın FIFA referisi Əliyar Ağayev də iştirak edəcək.