Elitaya yüksələn iki komanda məlum oldu

Yeni mövsümdə İngiltərə Premyer Liqasında mübarizə aparacaq iki komanda məlum olub.

Futbolpress.az xəbər verir ki, Çempionşipin lideri “Lids” və ikinci “Bernli” sona 2 tur qalmış elitaya vəsiqəni təmin edib. Komandalar 94 xalla turnir cədvəlinin ön sıralarındadır.

Daha əvvəl Premyer Liqadan “Sauthempton” və “Lester”in Çempionşipə düşəcəyi dəqiqləşib.