Elitanı tərk edən komandalar bilindi

Fransa Liqa 1-də 2023/2024 mövsümünə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, son turun oyunlarından sonra elitanı tərk edəcək komandaların adına aydınlıq gəlib.

Turnir cədvəlinin 17 və 18-ci sırasında yer alan “Loryan” ilə “Klermon” aşağı liqaya düşüb. Onlar yeni mövsümdən Liqa 2-də mübarizə aparacaq.

16-cı sırada yer alan “Mets” isə elitada qalmaq uğrunda Liqa 2-nin üçüncüsü ilə pley-off oynayacaq.