İngiltərənin “Sauthempton” klubu baş məşqçisi İvan Yuriçlə yollarını ayırıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Yuriçlə müqaviləyə xitam verilib.
“Sauthempton” çempionatda 30 turdan sonra 10 xalla sonuncu – 20-ci sırada qərarlaşıb. Komandanın elitanı tərk edəcəyi artıq dəqiqləşib.