“Əl Nəsr”dən ayrılan Aleks Tellesin yeni ünvanı məlum olub.
Futbolpress.az xəbər verir ki, braziliyalı futbolçu ölkəsinə qayıdacaq. O, “Botafoqo” ilə razılaşıb. 31 yaşlı futbolçunun yaxın zamanda müqavilə imzalaması gözlənilir.
2023-cü ildə “Mançester Yunayted”dən “Əl Nəsr”ə keçən Telles bu klubda 38 oyunda 3 qol vurub, 5 məhsuldar ötürmə edib.