Səudiyyə Ərəbistan təmsilçisi “Əl Nəsr” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Riyad təmsilçisi “Aston Villa”dan Con Duranı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı hücumçu ilə müqavilə 2030-cu ilin yayına kimi nəzərdə tutulub.
“Əl Nəsr” Con üçün 77 milyon avro ödəyəcək.
Duran bu mövsüm Premyer Liqada 20 oyunda 7 qol vurub.