“Əl Nəsr” “Mançester Yunayted”in aparıcı futbolçusuna “elçi düşdü”

“Mançester Yunayted”in futbolçusu Bruno Fernandeş karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Əl Nəsr” portuqaliyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə ESPN məlumat yayıb.

“Əl Nəsr”də Fernandeşin milli komandadan komanda yoldaşı Kriştiano Ronaldo da çıxış edir. Ronaldo bu transferdə vasitəçi ola bilər.

29 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 34 oyunda 10 qol vurub, 8 məhsuldar ötürmə edib. Onun “qırmızı şeytanlar”la müqaviləsi 2026-cı ilin yayına kimidir.