“Barselona” İspaniya La Liqasının XXXV turunda “Real”a qarşı keçirməli ev oyununu başqa stadionda oynamağı planlaşdırır.
Futbolpress.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Kataloniya klubu “el klasiko”nun ölkədən kənarda keçirilməsini istəyir. İlkin variant İngiltərədə yerləşən “Uembli”dir.
Klub yaxın zamanda bunun üçün İspaniya Futbol Federasiyasına müraciət edəcək. Qurum və La Liqa rəhbərliyi klubun təklifinə müsbət yanaşır.
“Barselona”nın ev oyunlarını keçirdiyi “Kamp Nou” təmirdədir. Klub hələlik ev matçlarını Olimpiya Stadionunda keçirir.
“Barselona” – “Real” oyunu mayın 11-nə planlaşdırılıb.