“Əl İttihad” transferi açıqladı

“Əl İttihad” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi “Aston Villa”dan Mussa Diabini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə razılaşmanın detalları açıqlanmayıb.

“Əl İttihad” fransalı vinger üçün 60 milyon avro ödəyib.