“Əl İttihad” “Çelsi”nin qapıçısı ilə maraqlanır

“Çelsi”nin qapıçısı Kepa Arrisabalaqa klubu tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, “Əl İttihad” 29 yaşlı qolkiperin xidmətində maraqlıdır. Bu barədə “Marca” nəşri məlumat yayıb. Xəbərdə Səudiyyə Ərəbistanı klubunun qapıçı mövqeyinə əsas namizədinin Kepa olduğu bildirilib.

Qolkiper ötən mövsümü “Real”da icarədə keçirib və 20 oyunda 18 qol buraxıb. Onun “Çelsi” ilə müqaviləsi 2025-ci ilin yayına kimidir.