Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Hilal” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda “Benfika”dan Markos Leonardonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.
“Əl Hilal” Markos üçün Portuqaliya klubuna 40 milyon avro ödəyəcək.
Leonardo “Benfika”da bu mövsüm 3 oyunda 1 qol vurub.