“Mançester Siti”nin futbolçusu Joao Kanselo karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Futbolpress.az xəbər verir ki, portuqaliyalı müdafiəçi “Əl Hilal”la razılığa gəlib. Bu barədə “A Bola” nəşri məlumat yayıb. Klub Kanselo üçün “Mançester Siti”yə 40 milyon avro ödəyəcək.
Jaoya isə 3 illik ümumi 70 milyon avroluq müqavilə təklif olunub.
Müdafiəçi ötən mövsümü icarə əsasında “Barselona”da keçirib. O, 42 oyunda 4 qol vurub, 5 məhsuldar ötürmə edib.