“Barselona”nın futbolçusu Vitor Roke karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, braziliyalı hücumçu “Əl Hilal”ın diqqət mərkəzindədir. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. “Əl Hilal” artıq oyunçunun transferi üçün “Barselona” ilə danışıqlara başlayıb.
Kataloniyalılar Rokeni satmağa müsbət yanaşır. Buna baxmayaraq, yekun qərarı oyunçunun özü verəcək.
19 yaşlı hücumçu 2024-cü ilin yanvarından “Barselona”da çıxış edir. Onun “transfermarkt”da dəyəri 40 milyon avrodur.
Braziliyalı futbolçu ötən mövsümdə 16 oyunda 2 qol vurub.