Ehtiyatda qalan qapıçı Premyer Liqada klubunu dəyişə bilər

“Sumqayıt”ın qolkiperi Rəşad Əzizli klubu tərk edə bilər.

FutbolPress“in məlumatına görə, “Səbail” 31 yaşlı qapıçının xidmətində maraqlıdır. Əzizli bu mövsüm “Sumqayıt”la rəsmi oyuna çıxmayıb. Ehtiyatda qalmaq istəməyən qapıçı klubunu dəyişməyə müsbət yanaşır və variantları dəyərləndirəcək.

Rəşad daha əvvəl “Simurq”, “Neftçi”, “Rəvan”, AZAl, “Səbail”, “Zirə”, “Şamaxı”, “Qəbələ” kimi klublarda forma geyinib.