Ederson “Mançester Siti”dən ayrılır?

“Mançester Siti”nin qapıçısı Ederson Moraes karyerasını Səudiyyə Ərəbistanıda davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, adı açıqlanmayan klub mövsümün sonunda Edersonu heyətinə qatmağı planlayır.

Braziliyalı 2017-ci ildən “Mançester Siti”də çıxış edir. 30 yaşlı qapıçının Premyer Liqa klubu ilə müqaviləsi 2026-cı ilə qədərdir.

Bu mövsüm 42 matçın 15-də qapısını toxunulmaz saxlamağı bacarıb.