Ederson gedir? – Qvardioladan açıqlama

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola klubdan ayrılacağı iddia edilən Edersonla bağlı açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis qolkiperin qərarını özünün verəcəyini söyləyib:

“Edersonun qalıb-qalmayacağını bilmirəm. O, qərarını özü verəcək”.

Britaniya mətbuatı braziliyalı qapıçının “Əl İttihad”la danışıqlar apardığını iddia edir.