Millinin sabiq futbolçusu Malayziyada debüt etdi

“Neftçi”dən ayrılan Azərbaycan yığmasının sabiq üzvü Eddi İsrafilov Malayziyanın “Johor” klubunda debüt edib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi Super Liqada “Penanq” ilə görüşdə iştirak edib. Start heyətdə meydana çıxan oyunçu sona qədər oynayıb.

Matç “Johor”un qələbəsiylə başa çatıb – 5:0. Komanda çempionatda 10 turdan sonra 25 xalla birinci sıradadır.