“Düşünürəm ki, bu problemlər 2-3 ilə düzələcək” – Hüseynov

“Sheki City” Azərbaycan II Liqasında I dövrəni 12-ci sırada başa vurub. Şəkini təmsil edən komanda 13 turda 2 qələbə qazanıb, 10 dəfə uduzub. 1 heç-heçəsi olan kollektivin aktivində 7 xal var və autsayder “Füzuli”dən 3 xal öndədir.

Klubun təsisçisi Elgün Hüseynov “FutbolPress“ə açıqlamasında dövrəni dəyərləndirdi:

“Komandanın durumu ürəyimizcə deyil. Bunun müxtəlif səbəbləri var. Şəkidə uzun müddət futbol olmayıb və indi oyunçu tapmaq baxımından çətinlik çəkirik. Kənardan oyunçu gətirməkdə sponsorsuz kluba baha başa gəlir. Komanda olaraq tam məşq edə bilmirik, demək olar, ancaq oyun günləri toplaşırıq. Düşünürəm ki, bu problemlər 2-3 ilə düzələcək. Bunun üçün də komandanın liqada qalmağı vacibdir. Əlimizdən gələni edəcəyik ki, bunu bacaraq. Sonra isə öz yetirmələrimizlə yarışlarda iştirak etməyə çalışacağıq”.

Şahin Cəfərov