“Atalanta”nın futbolçusu Matteo Rucceri UEFA Superkubokunda “Real”a uduzduqları görüşü şərh edib.
Futbolpress.az xəbər verir ki, müdafiəçi 0:2 hesabıyla bitən oyunla bağlı bunları deyib:
“Xoşbəxtəm, çünki dünyanın ən yaxşı komandasına qarşı mübarizə apardıq. Rəqibə boşluqlar verməməyə çalışdıq və əks-hücumlarda özümüzü yoxladıq. Bir neçə qol imkanımız da var idi, amma keyfiyyət fərqi yekunda özünü göstərdi”.