“Forbes” jurnalı dünyanın ən çox qazanan idmançılarının adlarını açıqlayıb.
Futbolpress.az xəbər verir ki, siyahının birinci pilləsində “Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo yer alıb.
Portuqaliyalı futbolçunun reklam gəlirləri də daxil illik qazancı 260 milyon dollardır. Bu isə futbolçular arasında indiyə qədər rekord məbləğdir.
İkinci yeri 218 milyon dollar illik gəlirlə ispan qolfçu Con Rahm tutur. İlk üçlüyü “İnter Mayami”nin hücumçusu Lionel Messi tamamlayır – 135 milyon.