Dünyanın ən yaxşı hücumçuları

Dünyanın ən yaxşı mərkəz hücumçularının adları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “Four Four Two” nəşri siyahı dərc edib.

Siyahının ilk pilləsində “Bavariya”nın futbolçusu Harri Keyn qərarlaşıb. İkinci yerin sahibi isə bir neçə gün əvvəl PSJ-dən “Real”a transfer olunan Kilian Mbappe olub. İlk “üçlüy”ü isə “Mançester Siti”nin üzvü Erlinq Haaland tamamlayıb.

Daha sonrakı yerlərdə Viktor Osimhen, Aleksandr İsak, Lautaro Martinez yer alıb.