Dünya Kubokunda Azərbaycanı 2 idmançı təmsil edəcək

Almaniyanın Münxen şəhərində keçiriləcək Dünya Kubokunda Azərbaycanı təmsil edəcək güllə atıcıları müəyyənləşib.

Futbolpress.az xəbər verir ki. yarışda Azərbaycanı Nigar Nəsirova və Ruslan Lunyov təmsil edəcək.

Turnir mayın 31-dən iyunun 8-dək davam edəcək.

Qeyd edək ki, Paris 2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edə bilməyən idmançılar üçün dünya reytinqi xalını qazanmaq üçün son beynəlxalq turnirdir. 9 iyun tarixinədək dünya reytinqinə əsasən hər bir kateqoriya üzrə sonuncu Olimpiya lisenziyaları müəyyənləşəcək.