Dünya çempionunun evi qarət olundu

PSJ-nin futbolçusu Lukas Hernandesin evi qarət olunub.

Futbolpress.az xəbər verir ki, hadisə Paris klubunun Çempionlar Liqasında “Zalsburq”la səfər oyunundan öncə baş verib.

5 nəfər maskalı şəxs futbolçunun evinə daxil olub. Həmin vaxt Lukasın həyat yoldaşı evdə olub. Qorxuya düşən qadın bağdakı kiçik tikilidə gizlənib.

Mühafizəçilər daha sonra quldurları görüb və polisə məlumat verib. Cinayətkarlar axtarışdadır. Hernandesə dəyən zərər açıqlanmayıb.

Lukas 2018-ci ildə Fransa yığması ilə dünya çempionu olub.

PSJ “Zalsburq”u 3:0 hesabıyla məğlub edib.