Dünya çempionu “Zirə”nin qonağı oldu

Məsut Özil “Zirə”nin qonağı olub.
Futbolpress.az xəbər verir ki, DÇ-2014-ün qalibi Zirə İdman Kompleksində klubun İdarə Heyətinin sədri Orxan Məmmədov, prezident Taleh Nəsibov, baş məşqçi Rəşad Sadıqov və digər rəhbər şəxslərlə görüşüb.
Özil daha sonra bu mövsüm Gənclər Liqasına uğurlu start verən, liderlər qrupunda yer alan “Zirə”nin U-19 komandası ilə görüşüb və onlara öz tövsiyələrini verib.