Argentinalı futbolçu Markos Akunya “Sevilya”dan ayrılıb.
Futbolpress.az xəbər verir ki, 32 yaşlı müdafiəçi “River Pleyt”lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Akunya ilə 3 illik müqavilə imzalanıb.
Akunya 2020-ci ildən “Sevilya”da çıxış edir. O, İspaniya klubunda 149 oyunda 6 qol vurub, 16 məhsuldar ötürmə edib.
Akunya Argentina yığması ilə DÇ-2022-nin qalibi olub.