Dünya çempionu Danimarka komandasında məşq edir

İspaniya millisinin sabiq futbolçusu Xuan Mata Danimarka təmsilçisi “Norşellan”la məşqlərə qoşulub.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 36 yaşlı yarımmüdafiəçi isveçli xanımla evlidir və o, ailəsinə yaxın olmaq üçün Danimarka klubunda məşqlərdə iştirak edib.

Matanın son ünvanı Yaponiyada “Vissel Kobe” olub. O, bu ilin yanvarından klubsuzdur. Yarımmüdafiəçi daha əvvəl “Valensiya”, “Çelsi”, “Mançester Yunayted”də forma geyinib. Mata 2010-cu ildə İspaniya yığması ilə dünya çempionu olub.