Dünya çempionu “Barselona”ya keçə bilər

“Roma”nın futbolçusu Leandro Paredes “Barselona”ya keçə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “sport.es” məlumat yayıb. Yarımmüdafiəçinin “canavarlar”la müqaviləsi 2025-ci ilin yayına kimidir və müqaviləni uzatmaq niyyətində deyil.

“Roma” Paredesi pulsuz buraxmamaq üçün təklifləri dəyərləndirəcək.

Leandro 2018-ci ildə Argentina millisi ilə dünya çempionu adını qazanıb.