Dünya çempionu “Atletiko” ilə müqavilə imzalayacaq

“Mançester Siti”nin və Argentina millisinin futbolçusu Xulian Alvares karyerasını İspaniyada davam etdirməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, bu barədə jurnalist Sesar Luis Merlo məlumat yayıb. Xəbərdə argentinalı hücumçunun Madridə yollanaraq tibbi müayinədən keçəcəyi bildirilib.

“Atletiko” avqustun 12-də hücumçu ilə müqavilə imzalayacaq. Müqavilənin müddəti 5 illik olacaq.

Madrid klubu Alvares üçün 75 milyon avro ödəyəcək.

Hücumçu Argentina yığması ilə DÇ-2022-nin qalibi olub.