“Dünya çempionluğunu Messiyə verdilər”

Fransa millisinin sabiq futbolçusu Patris Evra açıqlama verib.

Futbolpress.az “RMC Sport”a istinadən xəbər verir ki, keçmiş müdafiəçi 2022-ci ildə keçirilən dünya çempionatında Argentina yığmasının bilərəkdən qalib edildiyini deyib:

“2018-ci ildən bəri milli səviyyədə titulumuz yoxdur. Hamı bilir ki, 2022-ci ilin mundialı Messiyə verildi. Hər şey əvvəlcədən yazılmışdı. Hətta fransızlar da onun çempion olmasını istəyirdi”.

2022-ci dünya çempionatının finalında Argentina yığması Fransanı penaltilər seriyasında məğlub edərək, çempion olub.