Dünya çempionatının mükafatçısı vəfat etdi

Almaniya millisinin sabiq futbolçusu Karl-Haynts Şnellinger vəfat edib.

Futbolpress.az xəbər verir ki, keçmiş oyunçu 85 yaşında dünyasını dəyişib. Şnellinger Milanda xəstəxanaların birində vəfat edib. O, bir müddət idi xəstəlikdən əziyyət çəkirdi.

Şnellinger karyerasında “Köln”, “Milan”, “Roma” kimi klublarda çıxış edib. Mərhum oyunçu 1966-cı ildə Almaniya millisi ilə dünya çempionatının gümüş mükafatçısı olub.