İtaliya millisinin sabiq futbolçusu Salvatore Skillaçi vəfat edib.
Futbolpress.az xəbər verir ki, 59 yaşlı keçmiş hücumçu Palermo müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Bu barədə “Palermo Today” nəşri məlumat yayıb.
Skillaçiyə 2022-ci ildə xərçəng diaqnozu qoyulub və iki dəfə əməliyyat edilib.
O, karyerası ərzində “Yuventus”, “İnter”, “Messina” kimim klublarda forma geyinib. Skillaçi İtaliya yığmasında 16 oyunda 7 qol vurub. O, DÇ-1990-da 6 qolla turnirin bombardir olub.