Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə böyüklər arasında Dünya çempionatına start verilir.
Futbolpress.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanı 3 cüdoçu təmsil edəcək.
Kişilər arasında Balabəy Ağayev və Turan Bayramov (hər ikisi 60 kq), qadınlarda isə Leyla Əliyeva (48 kq) tatami üzərinə çıxacaq.
Mayın 19-dan 24-dək davam edəcək mundiala Azərbaycan 9 kişi, 2 qadın cüdoçu ilə qatılıb.