Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə böyüklər arasında Dünya çempionatına start verilib.
Futbolpress.az xəbər verir ki, ilk gündə Azərbaycanın 3 cüdoçusu – Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq) və Leyla Əliyeva (48 kq) mübarizəyə qoşulub.
Hər üç cüdoçumuz uğursuz çıxış edərək yarışı medalsız başa vurublar.
Mayın 19-dan 24-dək davam edəcək mundiala Azərbaycan 9 kişi, 2 qadın cüdoçu ilə qatılıb.