“Havr” klubundan ayrılan Luki Elsnerin yeni ünvanı məlum olub.
Futbolpress.az xəbər verir ki, mütəxəssis “Reyms” komandasına baş məşqçi təyin edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 41 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Elsner ötən mövsüm “Havr”a rəhbərlik edib.Mütəxəssis dünən işindən ayrılıb. Komanda onun başçılığı altında 2023-cü ildə Liqa 1-ə yüksəlib, son mövsümü isə 15-ci sırada bitirib.