Qətər təmsilçisi “Əl Əhli” futbolçusu Yulian Drakslerin müqaviləsini uzadıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Alman yarımmüdafiəçinin müqaviləsi 2028-ci ilin yayına kimi artırılıb.
Draksler ötən ilin sentyabrında PSJ-dən “Əl Əhli”yə keçib. O, bu mövsüm 9 oyunda 6 qol vurub, 6 məhsuldar ötürmə edib.