“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala hələ də klubla müqaviləsini yeniləməyib.
Futbolpress.az xəbər verir ki, 21 yaşlı futbolçunun hazırkı müqaviləsi il yarımdan sonra başa çatır ki, bu da digər Avropa nəhənglərinin marağına səbəb olub. Musiala üçün “Liverpul”, “Mançester Siti”, PSJ və “Real” (Madrid) mübarizə aparır. Hər dörd klub münhenli ulduz üçün yanvarda danışıqlara başlayacaq.
“Transfermarkt” portalının qiymətləndirməsinə, əsasən, futbolçunun hazırki dəyəri 150 milyon avrodur.