PSJ itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, Paris təmsilçisinin qapıçısı Canluici Donnaruma zədələnib. İtaliyalı qolkiper Liqa 1-də dünən “Monako” ilə matçda üzünə ağır zərbə alıb.
PSJ oyunçunun bu gün tibbi müayinədən keçəcəyini və bir neçə gün yaşıl meydanlardan uzaq qalacağını bildirib.
PSJ “Monako”nu 4:2 hesabıyla məğlub edib.