“Donnarummanın məsləhətinə qulaq asdım”

PSJ-dən icarəyə götürülən “Yuventus”un hücumçusu Randal Kolo-Muani bu transferə necə qərar verdiyini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, fransız futbolçunun icarəsi mövsümün sonuna kimi hesablanıb, lakin Turin klubu artıq futbolçu ilə daimi müqavilə imzalamaq niyyətində olduğunu açıqlayıb:

“Yuventusa gedə biləcəyim məlum olanda Donnarumma zarafat etməyə və mənə sataşmağa başladı. O, mənə “Yuventus”un himnini oxudu. Məni İtaliyada rahat hiss edəcəyimə inandırdı. Mən onun məsləhətinə qulaq asdım və bura köçmək üçün son qərarı verdim”.

26 yaşlı hücumçu Tiaqo Mottanın heyətində keçirdiyi ilk 4 matçda 5 qol vurub.