İtaliyalı qapıçı Canluici Donnarumma PSJ-dəki gələcəyi haqda danışıb.
Futbolpress.az xəbər verir ki, qolkiper ilk seçiminin Paris klubunun olacağını deyib:
“Klubdakı taleyim? Çox şayiələr var. Həqiqət budur ki, burda xoşbəxtəm və hamı mənə hörmət edir. Prioritetim klubla müqaviləmi uzatmaqdır”.
Donnarummanın müqaviləsi 2026-cı ilin yayına kimidir.