Donnarumma bu klubların hədəfinə tuş gəldi

PSJ-nin qapıçısı Canluici Donnarumma Avropanın bir sıra qabaqcıl klublarının diqqətini çəkib.

Futbolpress.az xəbər verir ki, “İnter”, “Mançester Siti”, “Liverpul” və “Bavariya” italiyalı qolkiperi yaxından izləyir. Bunun əsas səbəblərindən biri də 25 yaşlı oyunçunun PSJ ilə arasının pozulmasıdır. Xüsusən də Fransa təmsilçisinin Çempionlar Liqasının Liqa mərhələsində “Bavariya”ya qarşı görüşdə ehtiyat oyunçular skamyasında yer almasıdır.

Donnarummanın PSJ ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.