Diniyevin komandasında Tuncay Şanlı dönəmi

Türkiyənin “Ümraniyespor” klubunun yeni baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, komandanın sükanı Tuncay Şanlıya tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə razılaşmanın detalları açıqlanmayıb.

Tuncay son olaraq “Sakaryaspor”a rəhbərlik edib.

“Ümraniyespor” Türkiyə I Liqasında mübarizə aparır. Komandada Azərbaycan yığmasının futbolçusu Coşqun Diniyev çıxış edir. Yarımmüdafiəçi ötən mövsümdə 33 oyunda meydana çıxıb.

Diniyevin klubla müqaviləsi iyunun sonuna qədərdir. Onun “Ümraniyespor”dakı taleyi hələ məlum deyil.