12 oyunda cəmi 2 qələbə qazanan “Səbail” 7 xalla sonuncu pillədəki “Kəpəz”i cəmi 1 xal qabaqlayır. Yarandığı ildən ən pis mövsüm startına uğrayan “dənizçilər” “boğulmaq” üzrədir.
Son məğlubiyyəti də Gəncə təmsilçisindən alan komandanın baş məşqçisi Şahin Diniyev istefa verdi.
Bu, bir istefa mədəniyyəti idi. Qocaman mütəxəssis həm də səmimi etirafla bu qərarını açıqladı:
“Vəziyyətdən çıxmaq üçün versiyam qalmayıb”.
Bəs görəsən, “Səbail”in ən pis dönəmini yaşaması Diniyevin ayrılığı ilə sonlanarmı?
Ötən ilə nisbətən, büdcəsi azalsa da, məsələn, “Kəpəz”dən az deyil. Heyətin genişliyi və potensialı da sabit ortabablardan sayıla bilər. Bu məqam baş məşqçi amilinin pis nəticələrdə səbəkar olduğunu göstərir. Lakin “Səbail”in bununla enişdən qurtulacağı ehtimalını gücləndirəcək arqumentlər tapa bilmirik.
Kamil Əhməd