Diniyev qələbənin iştirakçısı oldu

Azərbaycan millisinin futbolçusu Coşqun Diniyevin formasını geyindiyi “Bandırmaspor” Türkiyə I Liqasında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda “Karagümrük” ilə qarşılaşıb. Matç “Bandırmaspor”un qələbəsiylə başa çatıb – 1:0.

Coşqun bu görüşdə start heyətdə meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib.

“Bandırmaspor” 9 turdan sonra 15 xalla 4-cü sıradadır.