“Dinamo”nun baş məşqçisi: “Favoritim “Qarabağ” idi”

Xorvatiyanın “Dinamo” klubunun baş məşqçisi Sergey Yakiroviç Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri görüşlə bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis “atlılar” haqda bunları deyib:

“Transfermarkt”a baxanda düşünürsən ki, “Ludoqorets” favorit idi. Oyun başlayana qədər belə idi. Lakin “Ludoqorets” səhvləri ilə “Qarabağ”ı oyuna qaytardı. Mənim favoritim “Qarabağ” idi. Çünki texniki cəhətdən daha sürətli və yaxşıdırlar. Ümid edirəm ki, azarkeşlərimizin dəstəyi ilə yaxşı nəticə əldə edə bilərik”.

“Qarabağ” ilə “Dinamo” arasında ilk oyun avqustun 20-də Xorvatiyada olacaq. Cavab görüşü isə 28-də Bakıda keçiriləcək.