Rusiyanın “Dinamo” klubunun futbolçusu Anton Kraçkovski karyerasını Azərbaycanda davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, “Turan Tovuz” yarımmüdafiəçini Mahaçqala klubundan icarəyə götürüb. Anton mövsümün sonuna kimi Azərbaycan təmsilçisində çıxış edəcək.
“Dinamo”nun icraçı direktoru Şamil Qaziov “Matç TV”yə açıqlamasında məlumatı təsdiqləyib.
Yarımmüdafiəçi bu mövsüm Rusiya Premyer Liqasında 4 oyunda meydana çıxıb.