“Roma”nın hücumçusu Paulo Dibala karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, “Əl-Şabab” klubu hücumçunun xidmətində maraqlıdır.
Adıçəkilən klub Dibalaya görə 12 milyon avro ödəməyə hazırdır.
Argentinalı futbolçunu daha əvvəl “Atletiko”nun da tramsfer etmək istədiyi iddia olunurdu.